AZ

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Ulduz hücumçu Kilian Mbappenin gələn yay “Real Madrid” forması geyinəcəyi gözlənilir.

Məlumata görə, 25 yaşlı futbolçunun Madrid nəhənginə keçmək qərarı qətidir. Hətta PSJ Çempionlar Liqasının finalına çıxsa belə, bu, fransızın qərarına təsir etməyəcək.

Qeyd edilir ki, Mbappe Madriddə 10 nömrəli formada çıxış edəcək. Hazırda bu geyimdə Luka Modriç oynayır. Lakin xorvatiyalının gələn mövsüm kral klubunda qalıb-qalmayacağı hələ bəlli deyil.

Mənbə: euro-football.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
2
Mənbələr
Şərh ()
Bağla