AZ

Maks Eberl Yoahim Lövün “Bayern”ə mümkün təyinatından danışdı

“Bayern”in idman direktoru Maks Eberl Münhen komandasının baş məşqçisi vəzifəsinə alman mütəxəssis Yoaxim Lövün namizədliyindən danışıb.

Arena.az alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Onun təyinatı ilə bağlı heç bir söhbət olmayıb. O, “Bayern”də işləmək istəmədiyini başa düşməyə açıq şəkildə imkan yaradıb. Biz klubumuza uyğun məşqçi axtarışını davam etdiririk”, deyə Maks Eberl bildirib.

Vurğulayaq ki, Almaniya Bundesliqasının “Ştutqart” – “Bayern” oyununda (3:1) Löv tribunada gözə çarpıb.

Yoahim Löv son olaraq futbol üzrə Almaniya milli komandasında çalışıb. 64 yaşlı mütəxəssis 2021-ci ilin iyul ayında yığmadan ayrılandan bəri işsizdir. O, 2004-cü ildən Almaniya millisində çalışırdı. Löv iki il köməkçi-məşqçi kimi işlədikdən sonra 2006-cı ildə baş məşqçi təyin olunub. Bundestim onun rəhbərliyi altında 2014-cü ildə dünya çempionu, 2017-ci ildə Konfederasiyalar Kubokunun qalibi olub.

Almaniyalı təcrübəli mütəxəssis daha öncə Avstriyanın “Austriya” (Vyana), “Tirol” (İnsbruk), Türkiyənin “Adanaspor”, “Fənərbaxça”, İsveçrənin “Frauenfeld”, həmçinin ölkəsinin “Ştutqart” və “Karlsrue” klublarında da baş məşqçi işləyib.

Vurğulayaq ki, hazırda “Bayern”i çalışdıran alman mütəxəssis Tomas Tuxel cari mövsümün sonunda klubu tərk edəcək. Daha əvvəl mətbuatda, Tuxelin müəyyən şərtlər altında “Bayern”də qala biləcəyi ilə bağlı şayiələr yayılmışdı. Digər tərəfdən bu məlumatın əsassız olduğu haqda xəbərlər də var. Tuxelin klubdan ayrılacağı barədə xəbər rəsmi açıqlanandan sonra onu əvəz edəcək mütəxəssisin kimliyi ilə bağlı müxtəlif versiyalar səslənməkdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla