AZ

ABŞ İsrail və HƏMAS-ın atəşkəs barədə razılığa gələ biləcəyinə əmindir

ABŞ administrasiyası əmindir ki, İsrail hakimiyyəti və HƏMAS Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gələ biləcəklər.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyət tərəflərin qalan ziddiyyətləri aradan qaldıra biləcəklərini göstərir.

"Biz bu prosesi dəstəkləmək və bu nəticəyə nail olmaq üçün mümkün olan hər şeyi edəcəyik", - deyə Ağ Evin sözçüsü bildirib.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
2
Mənbələr
Şərh ()
Bağla