AZ

Kabaeva Putinin andiçmə mərasimini şərh edib

Bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabaeva Rusiyanın yenidən seçilmiş prezidenti Vladimir Putinin inauqurasiya mərasimini şərh edib.

Qaziler.az bildirir ki, onun sözlərini Metaratings sitat gətirir.

Kabaeva Putinin xarici ölkələrə deyil, rusiyalılara arxalanmasını vacib adlandırıb. “Bu, bizim bütün uğurlarımızın və qələbələrimizin açarıdır. Xalqın prezidenti və onun siyasətini dəstəkləməsi çox gözəldir”.

Mayın 7-də Putin beşinci dəfə, altı illik müddətə Rusiya prezidenti kimi rəsmi olaraq səlahiyyətlərinin icrasına başlayıb. Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin andiçmə mərasimində onun təyinatını elan edib.

QAZİLER.AZ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
Mənbələr
Şərh ()
Bağla