AZ

Ermənistanda Rusiya telekanalları bağlana bilər – Nikol Paşinyan xəbərdarlıq etdi

Ermənistan Rusiya telekanallarını bağlaya bilər. Hökumət başçısı Nikol Paşinyan bu ehtimalı istisna etməyib. Mətbuat konfransı zamanı baş nazir xatırladıb ki, bu, Rusiya telekanallarının müvafiq Rusiya-Ermənistan razılaşmasını ilk dəfə pozması deyil: “Biz gözləyirik ki, bu kanallar bütövlükdə Ermənistanın vətəndaşlarına və dövlət nizamına hörmət edəcəklər”, – Paşinyan bildirib.

Erməni lider Rusiya telekanallarının indi Ermənistanda sui-istifadə etdiyi eyni ifadələri Rusiya ərazisində öz rəhbərliyinə və dövlət sisteminə münasibətdə işlətməyə başlasa, nə baş verəcəyini təsəvvür etməyi təklif edib.

Paşinyan əmin olduğunu bildirib ki, belə bir televiziya şirkətinin yayımını dayandırmaq üçün belə sözlərin hətta 5%-i kifayətdir. Eyni zamanda, o, izah edib ki, Rusiya-Ermənistan münasibətlərinin səviyyəsini nəzərə alaraq, Ermənistan hakimiyyəti öz təbirincə desək, yeddi dəfə soruşmağa, sonra yeddi dəfə tələb etməyə hazırdır. Əgər yeddinci dəfə bu tələbə məhəl qoyulmasa, o zaman Ermənistan ərazisində bütün bu televiziya şirkətlərini söndürmək lazım olmayacaq”, – Paşinyan deyib. Baş nazir vurğulayıb ki, qanunu pozan telekanallar hansı ölkəni təmsil etməsindən asılı olmayaraq bağlanır.

O əlavə edib ki, indiyədək İrəvan qanun pozuntularının aradan qaldırılması ilə bağlı artıq beş dəfə müraciət edib, əgər daha iki müraciətdən sonra vəziyyət dəyişməzsə, növbəti addım hazırda müzakirə olunan məsələ olacaq.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla