AZ

Milli Məclis toplandı - 18 məsələnin müzakirəsiVİDEO

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərində Heydər Əliyev Fondu fəal iştirak edir.

Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib. Deputat 20 il ərazində Fond tərəfindən görülən işlərə diqqət çəkib.

Milli Məclis adından Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Fondun 20 illiyi münasibəti ilə təbrik məktubu ünvanlanıb.

Plenar iclasda gündəlikdə olan 18 məsələ də müzakirə edilib. Deputat Fazil Mustafa dəfn müavinətindəki problemlərdən danışıb.

Millət vəkili Sabir Rütəmxanlı Xəzərdə yaradılacaq süni adalardan danışıb.

Deputat Qüdrət Həsənquliyev "Tütün və tütün məmulatı haqqında" qanunun geri qaytarılmasını istəyib. Bildirib ki, bu qanun layihəsi inhisarçılığın yaranmasına xidmət edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla