AZ

Soydaşımız Bişkek şəhər bələdiyyəsi sədrinin müavini təyin edilib

Qırğızıstanda yaşayan soydaşımız, “Tazalık” bələdiyyə müəssisəsinin direktoru Ramiz Əliyev Bişkek şəhər bələdiyyəsi sədrinin müavini təyin edilib.

Bişkek şəhər bələdiyyəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bununla bağlı paytaxt bələdiyyəsinin sədri Aybek Cunuşaliyev sərəncam imzalayıb. 

Məlumatda bildirilir ki, “Tazalık” bələdiyyə müəssisəsindən əvvəl Ramiz Əliyev “Lokomotiv” idman-sağlamlıq kompleksinin rəhbəri, “Qırğız dəmir yolları” idarəsində idarə rəisi, həmçinin Qırğızıstanın maliyyə nəzarəti orqanlarında müxtəlif vəzifələrdə çalışıb. İşlədiyi bütün vəzifələrdə Ramiz Əliyev özünü vicdanlı və öz işini bilən kadr kimi göstərib və kollektivin hörmətini qazanıb.    

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Bişkek       

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
Mənbələr
Şərh ()
Bağla