AZ

“Paşinyan hakim partiyanın üzvlərinə mətbuatda kilsəni gözdən salmağı tapşırıb” – Hraparak

Paşinyan hakim partiyanın üzvlərinə mətbuatda kilsəni gözdən salmağı tapşırıb.

İnterpress.az xəbər verir ki,bu barədə Ermənistanın nüfuzlu “Hraparak” qəzeti yazıb. Qəzet bildirir ki, Tavuş vilayətindən İrəvana yürüş Ermənistan hakimiyyətinin ciddi narahatlığına səbəb olub.

Qeyd olunur ki, baş nazir Paşinyan hakim partiya üzvlərinə mediada və sosial şəbəkələrdə fəal işləməyi tapşırıb: hərəkatı Rusiya Federasiyası ilə əlaqələndirmək, kilsəni nüfuzdan salmaq və Ermənistanın dini dövlətə çevrilə bilməyəcəyini bəyan etmək.

Digər tərəfdən, Ermənistan hakimiyyəti vətəndaşları hakimiyyətə qarşı yönəldə biləcəyi üçün belə bəyanatlar verməməyi məsləhət görür.

Nəşr onu da yazır ki, Paşinyanı uzaqlaşdırmaq üçün “auditoriyanın daxili konsolidasiyası və müəyyən xarici konsensus” lazımdır:

“Möhtərəm Baqratın rəhbərlik etdiyi hərəkat bu 2 amili birləşdirə bilirsə, Paşinyan nə qədər çalışsa da, çalışır, heç nəyi dəyişdirə bilməyəcək və getməli olacaq”.

Xatırladaq ki, mayın 4-də Azərbaycan kəndlərinin Bakıya qaytarılmasına etiraz edənlər Tavuş rayonundan İrəvana yürüşlə yola düşüblər. Yürüşə Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazan rəhbərlik edir.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla