AZ

Dünyada hər il 1 milyondan çox insan bu səbəbdən ölür

Dünyada hər il 1 milyondan çox insan bu səbəbdən ölür

Dünyada hər il yol qəzalarında 1 milyondan çox insan ölür, 17,8 milyon insan isə qəzalarda xəsarət alır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, təşkilat 108 ölkədən yol təhlükəsizliyi ilə bağlı məlumatları toplayıb. Bildirilib ki, yol qəzaları nəticəsində insan itkisini azaltmaq üçün siyasətlər işlənib hazırlansa da, yol qəzaları və yol təhlükəsizliyi hələ də problem olaraq qalır.

Məlumata görə, 5-29 yaşlı insanların ölümünün əsas səbəbi yol-nəqliyyat hadisələri olmaqda davam edir. Yol-nəqliyyat hadisələri hər il ciddi maliyyə itkilərinə səbəb olsa da, əksər ölkələrin ümumi daxili məhsulunun 3 faizini təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla