AZ

"Ona görə "nə oldu, Libbi?" dedim ki..." - Tofiq Zülfüqarov

“ABŞ uzun müddət Minsk Qrupunun həmsədri olub. O vaxtdan formalaşan üç ölkənin mövqeyi və baxışları demək olar ki, fərqlənmirdi. 44 günlük Vətən müharibəsindən və ötən il keçirilən lokal antiterror əməliyyatından sonra vəziyyət dəyişib. Amma təəssüflər olsun ki, həmsədr ölkələrin Xarici İşlər Nazirliklərinin yanaşması bir çox hallarda dəyişməyib”.

Bunu Bakupost.az -a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ-ın Bakıdakı səfirinin Şuşaya səfəri ətrafında müzakirələri şərh edərkən deyib.

O qeyd edib ki, ABŞ səfiri Mark Libbinin Şuşaya səfərdən öncə səsləndirdiyi fikirlər də bu ölkənin əvvəlki mövqeyini ifadə edir:

"Hiss olunur ki, Azərbaycan səfir Libbi üçün tanış ölkədir. Uzun müddət burda işləyib. Onun xoş niyyəti üz hərəkətlərindən hiss olunur. O, qısa bir müddətdə lazımi təlimatları alıb bu səfəri həyata keçirdi.
Hesab edirəm ki, ABŞ səfirinin bu səfərinə baxan digər səfirlərin də baxışlarında mövqe dəyişikliklərini görə bilərik. Bu səfər həm də reallığın qəbul olunması kimi qiymətləndirilə bilər. Ona görə də bu barədə sosial şəbəkədə yazdığım statusda "nə oldu, Paşinyan?" əvəzinə qəsdən "nə oldu, Libbi?" dedim. Vaxtilə yol tikən Paşinyan da indi müxtəlif bəyanatlar verir. Əminəm ki, digər yerlərdə də reallığı dərk edəcəklər”.

Vasif Əlihüseyn
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla