AZ

Azərbaycan – Slovakiya əlaqələri YENİ MƏRHƏLƏDƏVİDEO

Avropaya qaz təchizatı 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq.

Bunu Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib. Dövlət başçısı bildirib ki, bu, Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.

Slovakiyanın Baş naziri Robert Fitso isə bildirib ki, ölkəsi Azərbaycan qazını almaq və Ukraynaya ixrac etməkdə maraqlıdır. Həmçinin, kiçik hərbi aerodrom və enerji sahəsində layihələr Slovakiya üçün maraqlıdır

Prezident İlham Əliyev iki ölkə arasındakı dostluq münaisbətlərinə də toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək.

Baş nazir Robert Fitso da öz növbəsində Azərbaycanla əlaqələrin daha da genişləndiirlməsində maraqlı olduğunu qeyd edib. Fitso Azərbaycanı süveren ölkə kimi nümunəvi olduğunu bildirib.

Görüş zamanı Azərbaycanla Slovakiya arasında müdafiə sahəsində əməkdaşlıq sazişi də imzalanıb. Bildirilib ki, Artıq Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında konkret danışıqlara da start verilib.

Azərbaycanla Slovakiya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş, hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu və strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə imzalanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
50
Mənbələr
Şərh ()
Bağla