- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, ilk oyunda "Sabah" və "Xırdalan" komandaları üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma birincilərin 101:85 hesablı qələbəsi ilə başa çatıb.
Tərəflər arasında ikinci görüş mayın 10-da reallaşacaq. İki matçın yekununda bərabərlik olarsa, üçüncü duel mayın 13-də oynanılacaq.
Mayın 8-də bu raundun digər cütü - "NTD-İndiqo" və "Xəzri" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.