- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
“Fələstinin HƏMAS qruplaşmasının son atəşkəs təklifi qoşunlarımızın Rəfaha daxil olmasını sabotaj etmək məqsədi daşıyır.
KONKRET.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu belə deyib.
O, HƏMAS-ın təklifinin İsrailin həyati tələblərindən çox uzaq olduğunu vurğulayıb.
“İsrail vətəndaşlarımızın təhlükəsizliyini və ölkəmizin gələcəyini təhlükə altına qoyan təklifi qəbul edə bilməz”, – deyə Netanyahu bildirib.
Onun sözlərinə görə, Rəfah əməliyyatı girovları qaytarmaq və HƏMAS-ı məhv etmək məqsədi daşıyır.
Burhan,
KONKRET.az
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.