AZ

BMT 25 mayı Dünya Futbol Günü elan etdi

BMT Baş Assambleyası 25 mayı Ümumdünya Futbol Günü elan edilməsinə dair qətnamə qəbul edib.

Redaktor.az-ın məlumatına görə, qətnamədə “1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bütün regionların nümayəndələrinin iştirakı ilə tarixdə ilk beynəlxalq futbol turnirinin 2024-cü ildən keçirilməsinin 100 illiyi ilə əlaqədar 25 may tarixinin Ümumdünya Futbol Günü elan edilməsi” qərara alınıb.

Sənəd üzv dövlətlərə fiziki və psixi sağlamlığın və rifahın təşviqi və cəmiyyətdə idman mədəniyyətinin inkişaf etdirilməsi kimi milli və yerli səviyyədə aktiv fəaliyyəti, o cümlədən futbolu təşviq etmək üçün siyasət və proqramlar qəbul etməyi təşviq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
6
Mənbələr
Şərh ()
Bağla