AZ

Moskvada polis mərcdə uduzduğu üçün intihar etdi

Rusiyanın paytaxtı Moskvada polis əməkdaşı iş yerində intihar edib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, intihara səbəb mərcdə mənzilini uduzması olub. O, “Bavariya” ilə matçda “Real”ın qələbəsinə mərc edib.

Məlumata görə, mayın 1-də səhər saatlarında polis idarəsinin yeməkxanasında 38 yaşlı polis əməkdaşının meyiti aşkar edilib. Onun əlində xidməti tapança olub.

İntihara borcun səbəb ola biləcəyi ehtimal edilir. O, itirdiyi məbləği geri qazanmaq üçün mənzili girov qoyub, lakin aldığı məbləği də itirib.

Onun son dəfə Çempionlar Liqasının yarımfinalında 2:2 hesabı ilə başa çatan “Bavariya” – “Real” matçına mərc etdiyi təxmin edilir.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
3
Mənbələr
Şərh ()
Bağla