AZ

“Dumanın üç qatı” –DANIŞIR və GÖSTƏRİR... TARİX

Real Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev bu gün tamaşaçılarına müəllifi olduğu “Dumanın üç qatı” adlı növbəti sənədli filmini təqdim edib. 

 

Senzor.az bildirir ki, REAL TV-də bir az əvvəl yayımlanan filmdə diqqət çəkən bir neçə maraqlı tarixi faktlar, hərbi kadrlar və yaddan çıxmayacaq məqamlar var. 

 

Məhz onlarla tanışlıqdan sonra məlum olur ki, müəllif filmini niyə “Dumanın üç qatı” adlandırıb. Bir daha başa düşürsən ki, duman təkcə atmosferin aşağı təbəqələrində su buxarının toplanması nəticəsində əmələ gələn tutqun hava kütləsi, ya da mahnıda təsadüfən işlənən söz-ifadə deyil, dumanın da tikələnən, parça-parça olan və bütövləşən vaxtı olur-elə bizim bəzi ərazilərimiz kimi… Fərqinə varırsan ki, duman həm də müntəzəm olaraq qalxır, enir… Lap elə şəhidlərimizin ruhu kimi… 

 

Müəllif bir unikal xatirəsini də bölüşür: demə, o qanlı-qadalı illərdə duman döyüşçülərimizi həm də qoruyubmuş: bir təbii müttəfiq və Allahdan gəlmiş silahdaş kimi…  

 

Nəhayət, filmdə daha bir təsirli epizod var. Mir Şahin Ağayev 1992-ci ildə Kərkicahanda çəkiliş apardıqları vaxt onların təhlükəsizliyinə cavabdehlik daşıyan döyüşçü, sonradan şəhid olmuş Çingiz Cəfərovun oğlu Emillə rastlaşıb. 30 il sonrakı çəkilişlərində  telejurnalisti Kərkicahanadək məhz oğul Cəfərov müşayiət edib.

 

Bəs o, Emilin şəhid Çingiz Cəfərovun oğlu olduğunu nədən bilib?

 

Ətraflı Ustad jurnalistin unikal filmində. Mütləq baxın…

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
Mənbələr
Şərh ()
Bağla