AZ

Rusiya Xarkova böyük hücum planlaşdırır..?

...Bu arada ayaq üstə güclə dayanan Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynadakı müharibədə “daha sərt” hərəkətə keçib, Xarkov və Odessanı ələ keçirməyə çağırıb.

...Əminəm ki, biz daha sərt davranmalı, əvvəlcə Odessa və Xarkovu azad etməli və nasist rejiminə son qoymalıyıq. Donbass ərazilərində dayanmaq qeyri-mümkündür, əks halda bu qarşıdurma illərlə qaynayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, Ramzan bunu Telegram kanalında yazıb.

Xatırladaq ki, bir gün əvvəl Müharibənin Öyrənilməsi İnstitutuRusiyanınXarkova mümkün işğal və hücum üçün Ukraynanın şimal sərhədlərində təxminən 50 min əsgərdən ibarət bir qrup qoşun topladığını bildirmişdi.

Bu arada Ukraynanın yüksək rütbəli kəşfiyyat mənbələri “The Financial Times”-a bildiriblər ki, Rusiya mayın əvvəlində Xarkova böyük hücum planlaşdırır.

Onların sözlərinə görə, Rusiya ordusu şəhərə raket zərbələri endirməklə bu əməliyyat üçün zəmin hazırlayır. Onların məqsədi sakinləri Xarkovu yaşayış üçün yararsız hala salaraq tərk etməyə məcbur etməkdir.

“Bild”-in Ukrayna ordusundakı mənbələri iddia edib ki, Rusiya Xarkovu ələ keçirmək üçün 20-40 min əsgər yerləşdirə bilər.

...Sonra biz şimalı və ya şərqi müdafiə etmək istəməyimizə qərar verməliyik. Amma hər ikisini etmək mümkün deyil. Bunu nəşrin həmsöhbətlərindən biri bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla