AZ

Çempionlar Liqası: İlk finalçı müəyyənləşdi

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab oyunu keçirilib.

Yenisabah.az xəbər verir ki, PSJ Fransa paytaxtında Dortmund “Borussiya”sını qəbul edib.

Luis Enrikenin komandası səfərdəki minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, almanlar bu dəfə də eyni hesabla qalib gələrək finala yüksəliblər - 1:0. 

Oyunda yeganə qolu 50-ci dəqiqədə Hummels vurub. 

Qeyd edək ki, bu gün baş tutacaq digər yarımfinal qarşılaşmasında “Real Madrid” “Bavariya”nı qəbul edəcək. Komandaların ilk görüşü 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
Mənbələr
Şərh ()
Bağla