- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
ABŞ administrasiyası Kiyevin Ukrayna prezidenti Vladimir Zelenskiyə sui-qəsd cəhdi ilə bağlı iddialarından narahatdır.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Biz bu elanı gördük. Bu, təbii ki, ciddi narahatlıq doğurur. Və biz şübhəsiz ki, potensial sui-qəsdin qarşısının alındığına görə şadıq”-deyə o bildirib.
Bundan bir qədər əvvəl prezident Vladimir Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən Ukrayna Dövlət Təhlükəsizlik Administrasiyasının (DTX) iki polkovnikinin saxlanma şəraiti açıqlanıb. Onlar mayın 4-də eyni vaxtda müxtəlif rayonlarda saxlanılıblar.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.