AZ

“Avroviziya-2024” mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib

Bakı. Trend:

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024" beynəlxalq mahnımüsabiqəsinin ilk yarımfinalı baş tutub.

Trend xəbər verirki, müsabiqədə Azərbaycanı təmsil edən Fahree və İlkin Dövlətov"Özünlə apar" mahnısı ilə çıxış ediblər. Mahnının müəllifiFahree-dir (Faxri İsmayılov). Mado Salih, Edqar Ravin, Həsən Heydərvə Mila Miles də müsabiqə mahnısı üzərində çalışıblar.

15 ölkədən ilk finalçılar Serbiya, Portuqaliya, Sloveniya,Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya vəLüksemburq təmsilçiləri olub.

Qeyd edək ki, İsveçin Malmö şəhərində “Eurovision 2024”beynəlxalq mahnı müsabiqəsi keçirilir. İkinci yarımfinal mayın9-da, final isə mayın 11-də baş tutacaq.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
Mənbələr
Şərh ()
Bağla