AZ

Göyərtilər təzyiqi salır? – Hipertoniyamım dərmanı səbzələr

Təzyiq xəstələri ömürlük təzyiq dərmanını içməlidir. Lakin əlavə qidalar da dərmanın dozasını azaltmağa və təzyiqi normallaşdırmağa kömək edir.

Viral.az “medicina”ya istinadən xəbər verir ki, dietoloq Natalya Denisova göyərtinin təzyiq salan vacib qidalardan biri olduğunu deyib.

“Göyərtilər kaliy mənbnəyidir, onlar bədəndən artıq mayeni çıxarır. Bunun nəticəsində ödem çəkilir, təzyiq düşür.

Əgər mədə, mədəaltı vəzlə problem yoxdursa, hər dəfə yemək zamanı 3-4 sap keşmiş, cəfəri, kahı, ispanaq yemək lazımdır.

Sutkalıq norma 15 qramdır.

Eləcə də göyərti artıq çəki, piylənmə, damar tıxanması, qəbizlik üçün faydalıdır ki, təzyiqi olanlarda bu problemlər də olur.

Təzə göyərtidə antioksidantlar: C vitamini, maqniy, xlorofill var.

Onlar qanı durulaşdırır, qan dövranını yaxşılaşdırır.

Eləcə də göyərtidə olan efir yağları həzmi yaxşılaşdırır, köpü götürür.

Hipertoniyaya meyilli insanlar rasiona təzə tərəvəz, banan, təzə kartof, təmiz suyu daxil etməlidir.

Sidikqovucu təsirli qidalar yeyilməli, duz azaldılmalıdır”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
2
Mənbələr
Şərh ()
Bağla