AZ

“Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir” - Vüqar Rəhimzadə

Bu gün ölkə və dünya mətbuatında müzakirə olunan mövzulardan biri də Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən müzakirəyə çıxarılması və ölkədə siyasi qarşıdurmanın dərinləşməsidir. Hökumət bu qanunun qəbulunun ölkədə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflığın təmin olunmasına, demokratiyanın, söz azadlığının inkişafına xidmət edəcəyini bəyan edir. Lakin müxalifət və onları dəstəkləyən qeyri-hökumət təşkilatları, mətbuat orqanları bu qanunun qəbuluna qarşı çıxır. Sənədə əsasən, həmin qurumlar ildə bir dəfə maliyyənin haradan və hansı məqsədlər üçün daxil olduğu barədə məlumat verməlidir. Qanun layihəsində nəzərdə tutulan şərtlərə əsasən, ölkə daxilində maliyyə vəsaitinin 20 faizini xarici dövlətlərdən alan QHT-lərin və media qurumlarının “xarici agentlər” reyestrinə daxil edilməsi təklif olunur.

Yenisabah.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Gürcüstanda qarşıdurmaların dərinləşməsinə Avropa İttifaqının və Qərbin dəstəyi müxtəlif fikirlərin yaranmasına səbəb olmaya bilməz. Görünən odur ki, Qərb məqsədli şəkildə qonşu ölkədə qarışıqlıq yaratmağa çalışır.

V.Rəhimzadə vurğulayıb ki, beynəlxalq müzakirəyə səbəb olan bu qanun layihəsi reallıqda gürcü xalqının ümummilli dəyərlərinin və dövlət maraqlarının qorunmasına xidmət edir. Maliyyələşmədə qaranlıq məqamların mövcudluğu bu prosesin subyektləri olan QHT-lərin fəaliyyətində də özünü aydın şəkildə nümayiş etdirir ki, son nəticədə bundan zərbə alan dövlət olur. Bu baxımdan xarici təsirin şəffaflığının təmin edilməsi hər bir ölkə üçün vacib amillərdən biridir. Avropa İttifaqının və Qərbin hər bir ölkənin daxili işi olan bu məsələdən narahatlıq keçirməsi təəccüb doğurmaya bilməz. Dünya gücləri ikili standartlara əsaslanan siyasətin yaratdığı problemlərin nə qədər şahidinə çevrilsələr də, görünən odur ki, hələ də bu xəstəlikdən yaxa qurtara bilmirlər. Bu baxımdan hazırda Qərbin Gürcüstan parlamentinin qəbul etmək ərəfəsində olduğu məlum qanun layihəsi ətrafında yaratdığı “narazılıq görüntüsü”nün arxasında hansı maraqların dayandığı məlumdur. Daim bu və ya digər dövlətlərə “demokratiya dərsi” keçməyə cəhd edən Qərb ölkələri əvvəlcə özlərində baş verən hadisələrə diqqət yetirsələr daha yaxış olar. Demokratik dəyərlərə yanaşmada vahid mexanizmin olmaması, ədalət meyarının qorunmaması daim problemlərə, etimad mühitinin sıfıra enməsinə səbəb olur.

Vüqar Rəhimzadə Avropa İttifaqının xanım Ursula fon der Lyayenin rəhbərliyi ilə xaricdən maliyyələşmənin qadağan edilməsinə dair sənəd hazırlanması faktını önə çəkərək bildirib ki, bu özü Gürcüstan parlamentinin müzakirəyə çıxardığı qanun layihəsi ilə Qərbin cəhdlərinin arxasında əks maraqların dayandığını bir daha təsdiq edir. Qərb Gürcüstanda yaratdığı və maliyyələşdirdiyi şəbəkənin ifşa olunmasını istəmir.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
10
Mənbələr
Şərh ()
Bağla