AZ

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Bakı, 8 may, AZƏRTAC

Uzun müddət belə bir fikir hakim idi ki, yığıcılıq və ovçuluqla məşğul olan ibtidai insanların qidasının əsasını ət təşkil edib. Lakin son tədqiqatlar bu fikrin həqiqiliyini şübhə altına alır.

AZƏRTAC xəbər verir ki, Almaniyanın Maks Plank İnstitutu, Fransanın Tuluz Yer Elmləri Laboratoriyası və Mərakeşin Milli İrs və Arxeologiya Elmləri İnstitutunun birgə tədqiqatının nəticələri elmi jurnalda dərc olunub.

Məqalə müəllifləri göstərirlər ki, hələ əkinçilik meydana çıxmazdan qabaq, təxminən 15 min il əvvəl insanların qidasında bitkilər üstünlük təşkil edib. Mərakeşdəki Taforalt mağarasından götürülən nümunələr sübut edib ki, insanlar həmin dövrdə paxlalı bitkilər, xüsusən də mərciməklə qidalanıblar. Körpələrin qidasında isə bitkilərə daha çox üstünlük verilib. İbtidai insanlar qidaya yaramayan bitkilərdən səbət hörməyi öyrəniblər.

Alimlər sink və stronsium izotoplarının analizi əsasında bu nəticəyə gəliblər.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
Mənbələr
Şərh ()
Bağla