AZ

Yer kürəsi tarixində ən böyük HEYVAN - Maraqlı faktlar

Hazırda Yer kürəsindəki ən böyük dəniz heyvanı mavi balinadır. O 33,5 metrdən çox uzunluğa və 150 tondan çox çəkiyə sahibdir. Ancaq uzaq keçmişdə planetimizdə indiki quru məməliləri heyvanlardan daha nəhəngləri yaşayırdı.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yer üzündə indiyə qədər yaşamış ən böyük quru heyvanı "Patagotitan" adlı bir dinozavr olduğuna inanılır.

Bu nəhəng canlının yeganə məlum növü olan "Patagotitan mayorum"un uzunluğu 37 metr və təxminən 70 ton ağırlığında idi. Bu, hətta 10 Afrika filinin çəkisindən çoxdur.

"Patagotitan", çox uzun boyunları və quyruqları ilə məşhur olan "sauropod" dinozavrlarının cinsinə aiddir. Onların dörd qalın, sütunlu ayaqları üzərində dayandıqları böyük bir bədəni var idi. "Sauropod"ların daha məşhur nümayəndələri "Diplodocus" və "Brontosaurus"dur.

"Patagotitan" adının mənşəyi Argentina gedib çıxır. Çünki onun qalıqları müasir Argentinanın cənubundakı Pataqoniya bölgəsində aşkar edilib. Eyni bölgədə daha bir böyük qədim onurğalı olan "Argentinosaurus"un fosilləri də tapılıb.

Paleontoloqlar "Patagotitan"u kəşf edənə qədər əvvəllər "Argentinosaurus" Yer üzündə yaşayan bütün heyvanların ən böyüyü hesab olunurdu. Bəzi elm adamları "Argentinosaurus"un "Patagotitan"dan daha böyük ola biləcəyinə inanır. 

Lakin bunlar yalnız fərziyyələrdir və bu nəhənglərin həqiqi ölçülərini dəqiq müəyyən etmək hələlik mümkün deyil. "Patagotitan" ilk daşlaşmış sümükləri 2017-ci ildə Pataqoniyada aşkar edilib. Dinozavrın sümüklərinin tapıldığı çöküntü süxurlarının tədqiqi elm adamlarını onun təxminən 100 milyon il əvvəl yaşadığına inandırıb.

Elm adamları, "Pataqotitan"ın ölçüsünə baxmayaraq, qorxunc bir canavar olmadığını irəli sürürlər. Güman edilir ki, bu nəhəng heyvanlar yavaş-yavaş hərəkət edirdilər və aqressiv yırtıcılar deyildilər.

Cənubi Amerikada qazıntıların Şimal yarımkürəsinə nisbətən çox gec başladığını nəzərə alsaq, gələcəkdə daha böyük dinozavrların aşkar oluna biləcəyi ehtimalı var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
37
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
8021
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7071
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1182
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1180
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1162
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1146
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
675
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
466
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
333
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
328
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
316
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
302
Arda Gülər dayanmır, yenə fərqləndi -
237
Arda dubl etdi - VİDEO
226
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
208
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
165
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
160
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
153
“Mançester Siti” İngiltərə çempionu olub
144