AZ

Paris-2024: Təhlükəsizlik sistemi kondisioner pərlərini dronlarla qarışdırır - XƏBƏRDARLIQ

Parisdə Yay Olimpiya Oyunlarının açılışında istifadə edilməsi planlaşdırılan açıq hava tədbirlərinin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan 350 milyon avro dəyərində avtomatlaşdırılmış sistem səmərəsiz olub.

İdman.biz xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Sınaqla tanış olan qəzet mənbəsinə görə, sıx şəhər mühitində sistem 800 metr məsafədə dronların yalnız üçdə birini tanıyır. Onun kondisionerin pərlərini dronlarla səhv saldığı da qeyd edilir.

Qəzetin Britaniya Müdafiə Nazirliyindəki həmsöhbəti departamentin Parisə pilotsuz uçuş aparatlarından müdafiə vasitələrini təklif edəcəyini bildirərək, axtarış itləri olan ixtisaslaşdırılmış bölmələrin obyektlərdə təhlükəsizliyi təmin etməyə kömək edəcəyini qeyd edib. Fransa Müdafiə Nazirliyi bildirib ki, pilotsuz təyyarələrə qarşı sistemin sınaqlarının nəticələrinə əsasən Böyük Britaniyadan heç bir müraciət daxil olmayıb.

Eyni zamanda, Fransanın aviasiya və kosmos sənayesi qrupunun saytında bildirilir ki, Paris yerdə dron əleyhinə 13 sistem qurğusunu yerləşdirəcək, onlardan biri Britaniya Ordusu tərəfindən təmin ediləcək.

Hesabatda Fransa hökuməti açıq hava tədbirləri, o cümlədən açılış mərasimi zamanı dronların hücumu təhlükəsindən narahat olduğu da qeyd edilir. Təhlükəsizlik ekspertləri terrorçular dronları partlayıcı qurğularla təchiz etməyə həvəs göstərə biləcəyini də vurğulayıblar.

Qeyd edək ki, Paris-2024 iyunun 26-da start götürəcək və avqustun 11-də başa çatacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla

Reytinq