AZ

Qadın boksçularımız Qazaxıstanda

Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.

Msport.az xəbər verir kiQ, yığma Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

Hazırlığa Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) cəlb olunublar.

Bu gün start götürəcək məşqlər mayın 18-dək davam edəcək. Boksçuların hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.

Qeyd edək ki, toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
14
Mənbələr
Şərh ()
Bağla