AZ

Şagirdlərin ekoloji tərbiyəsi...

Təbiətə biganəlik dünyaya biganəlik deməkdir!

Ekologiyanın və ətraf mühitin qorunması hazırda bütün dünyanın qlobal problemlərindən biridir. Hətta bu problem planetimizdə böhran həddinə çatıb. Ona görə də ətraf mühitin dərk olunması, təbiətə qayğı ilə yanaşmanın formalaşması üçün orta məktəblərdən ekoloji tərbiyənin təbliği mühüm amildir. Ekoloji cəhətdən savadlı insan dərk etməlidir ki, təbiət də onun özü kimi canlıdır. Təbiət güclüdür, ancaq bu güc tükənməz deyil. Bu baxımdan təhsil ocaqlarında ekoloji təhsilin gücləndirilməsinin tərəfdarları hesab edirlər ki, uşağa kiçik yaşlarından təbiətə qayğı ilə yanaşmanı aşılamaqla biz onun şəxsiyyətinin formalaşmasına ciddi təkan vermiş oluruq. Başqa sözlə, yeni nəsildə vətəndaş şüurunun formalaşdırılmasının əsas istiqamətlərindən biri də məhz ekoloji təhsil və tərbiyə olmalıdır. Bu yolla gəncləri doğma torpağı və təbiəti sevməyi, ətraf mühitə biganəlikdən qaçmamağı aşılaya bilərik.

Yaşıl dünya naminə...

Ötən gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbirlər, o cümlədən konfrans, forum, dəyirmi masa və seminarlar, ağacəkmə aksiyaları, təmiz ətraf mühit barədə müsabiqə və ekodüşərgələr təşkil edilib.

İdarədən bildirilib ki, tədbirlərin keçirilməsinin əsas məqsədi ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etmək, yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqət çəkməkdən ibarətdir. Tədbirlərdə çıxış edənlər dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən danışıblar. Eyni zamanda bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyəti şagirdlərin diqqətinə çatdırılıb.

Qeyd edilib ki, “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətin genişləndirilməsinə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin intensivləşməsinə töhfə verir.

Tədbirlərdə cari ildə ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi diqqətə çatdırılıb. Belə tədbirin ölkəmizdə keçirilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətindəki səmərəli fəaliyyətinin təqdir olunması kimi qiymətləndirildiyi vurğulanıb.

Bir sıra ölkələrdə təbiətin qorunması və məktəblilərin ekoloji dünyagörüşünün inkişafına yönəlmiş layihələr var ki, onlar orta məktəblərdə reallaşdırılır. Ancaq elə təhsil ocaqları da var ki, yerləşdikləri binanın inşasında istifadə olunan tikinti materiallarından tutmuş istifadə olunan enerji mənbələrinədək hər şeydə ekologiyaya zərər vurmamaq fəlsəfəsi əsas götürülüb. Onlardan bir neçəsi ilə tanış olaq...

Dünyanın ən yaşıl məktəbi...

Ekoloji məktəb olan “Sing Yin” Honkonqda yerləşir. Burada uşaqlar ekologiya barədə baza bilikləri əldə etməklə yanaşı, ətraf mühiti qorumaq məqsədilə praktiki məşğələlər də keçirlər. Dil dərslərində ekologiya mövzusunda inşalar yazılır, riyaziyyatda ətraf mühitin qorunmasına sərf olunan xərclər hesablanır, bədən tərbiyəsi dərsindən sonra isə futbol meydançası təmizlənir. Məktəbin binası bərpa olunan enerji mənbələri - fotohalvanik panellərlə təmin olunub. Otaqlarda işığa qənaət edən qurğular quraşdırılıb, kondisioner və hava qızdırıcılarının istifadəsi maksimum məhdudlaşdırılıb.

Məktəbdə çalışırlar ki, kağızdan az istifadə etsinlər. Bu səbəbdən bütün sənədləşmə işləri elektron formatdadır. Kağızdan qənaətlə istifadə olunur, surətçıxarma işləri azaldılıb, əl-üz üçün kağız dəsmallar alınmır. Məktəbdə tez-tez geyinilmiş paltarların, işlədilmiş kompüter, istifadə olunmuş plastik və alüminium qabların yığımı aksiyası keçirilir. ABŞ-ın ekoloji tikinti şurası “Sinq Yin”i planetin “ən yaşıl məktəb”lərindən biri elan edib.

“Dunbarton”, Kanada...

 Daha bir “yaşıl” təhsil ocağı bu ada 2015-ci ildə layiq görülmüş Kanadanın “Dunbarton” məktəbidir. Ontarionun bu məktəbi son 5 ildə həm dərs proqramını, həm də binanı modernləşdirməklə ən “yaşıl” ekoloji məktəb adını alıb. “Dunbarton”da uşaqlar ekoloji prosesin tək iştirakçısı deyil, həm də ekolayihələrin rəhbərləridirlər. 1960-cı ildə tikilmiş məktəbi “yaşıllaşdırıblar” - orqanik tullantılar yenidən emal olunur, binanın pəncərə və divarlarına günəş işığından elektrik enerjisi alan panellər quraşdırılıb. Bu yolla həm bina işıqla təmin olunur, həm də su qızdırılır.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
8783
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7452
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1351
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1336
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1293
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1288
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
769
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
543
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
389
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
370
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
334
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
323
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
268
Arda dubl etdi - VİDEO
262
Arda Gülər dayanmır, yenə fərqləndi -
257
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
240
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
196
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
193
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
190