AZ

ABŞ "Huawei" şirkətinə çip ixracı üçün verdiyi bəzi lisenziyaları ləğv edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ “Huawei” şirkətinə çip ixracı üçün verdiyi bəzi lisenziyaları ləğv edib.

Banco.az xəbər verir ki, bu barədə ABŞ hökuməti çərşənbə axşamı günü açıqlama verib.

Açıqlamada şirkətlərin Çin telekommunikasiya avadanlıqları istehsalçısı “Huawei Technologies”ə məhsul göndərməsinə icazə verən bəzi lisenziyaları ləğv etdiyi bildirilib.

Məsələ ilə tanış olan mənbənin sözlərinə görə, çərşənbə axşamı bəzi şirkətlərə lisenziyalarının dərhal ləğv edildiyi barədə məlumat verilib.

“Biz “Huawei”ə ixrac üçün müəyyən lisenziyaları ləğv etdik”, deyən Ticarət Nazirliyi hansı lisenziyaları geri götürdüyünü açıqlamaqdan imtina edib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla