AZ

ERMƏNİSTANIN XİLAS YOLU ZƏNGƏZURDAN KEÇİR!

2020-ci il atəşkəs bəyanatında nəzərdə tutulduğu kimi, Zəngəzur ərazisindən birgə avtomobil və dəmir yolu çəkilə bilər.

Tezadlar.az bildirir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın “ZEIT” qəzetinə açıqlamasında deyib. O qeyd edib ki, bu dəhliz vasitəsilə Ermənistan təcrid vəziyyətindən çıxa bilər, tranzit haqlarını toplaya və Türkiyə ilə münasibətlərini yaxşılaşdıra bilər. Ermənistanın bu təklifi rədd etmə ehtimalına gəldikdə E.Əmirbəyov qeyd edib ki, İran vasitəsilə də avtomobil və dəmir yolu çəkilə bilər ki, bu, Zəngəzur dəhlizindən cəmi on kilometr uzun olar. E.Əmirbəyov ermənilərin narahatlığını absurd hesab edib. Qəzetin yayımladığı materialda o da yazılır ki, Ermənistan ərazisinə düşən torpaq zolağının uzunluğu cəmi 34 kilometrdir və Azərbaycanı öz eksklavı olan Naxçıvandan ayırır. E.Əmirbəyov bunun üçün müharibə ehtimalı ilə bağlı suala cavabında bunun qətiyyən olmayacağını vurğulayıb. Onun sözlərinə görə, ölkələr arasında hərbçilərin mübadiləsi də müsbət tendensiyadır və bu, həm də Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə xidmət edir.

Təbii ki, Ermənistanda artıq gec də olsa başa düşürlər ki, Azərbaycanla münaqişə bu ölkəni təcrid vəziyyətə salmaqdadır. Çıxış yolu və Ermənistanın düşdüyü bataqlıqdan xilası isə Azərbaycanla, eləcə də Türkiyə ilə mehriban münasibətlərdən asılıdır. Paşinyanın son günlərdəki bəyanatları da bunun təsdiqi kimidir...

A.Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10790
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8194
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
5030
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1896
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1682
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1673
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1570
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1169
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
831
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
703
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
677
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
581
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
413
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
374
Arda Gülər dayanmır, yenə fərqləndi -
365
Arda dubl etdi - VİDEO
314
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
304
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
283
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
257