AZ

Qazandığımız şanlı zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb- ÖZƏL

"Bu gün Azərbaycan Respublikası Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı Anar Məmmədov deyib: "Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Qürurla deyə bilərik ki, qazandığımız şanlı zəfər də ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib.Prezident Azərbaycanın mədəniyyətlərarası dialoqa çox əhəmiyyət verdiyini, çoxsaylı tədbirlər təşkil etdiyini və bunların dinlərarası dialoqla bağlı olduğunu deyərək bunları Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində də həyata keçirdiyimizi vurğuladı. O söylədi ki,bununla bağlı xüsusi müzakirə sessiyası və COP29 tədbiri də olacaqdır. Məlumdur ki, ölkəmiz əsaslı fikir mübadiləsi və aktual suallara cavab tapmaq üçün imkanlar yaradan unikal platformaya çevrilir. Məhz belə bir ərəfədə COP29-un Azərbaycanda keçirilməsi olduqca müsbət fürsətlər yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla