AZ

NASA "Starliner"in ilk insanlı uçuşunu bir daha təxirə salıb

Amerika Kosmik Agentliyi "Starliner"in ilk insanlı uçuşunu növbəti dəfə təxirə salıb. İndi kosmik gəminin ekipajla ilk uçuşu mayın 17-dən əvvəl baş tutmayacaq.

Bu barədə "Operativ Media" NASA-ya istinadən xəbər verir.

Mayın 6-na planlaşdırılan buraxılış "Atlas V" raketinin ikinci pilləsinin maye oksigen çənində təzyiq tənzimləyici klapanla bağlı problemlərə görə ləğv edilib. 

Qeyd edək ki, NASA daha əvvəl bildirmişdi ki, ekipajlı "Starliner"in Beynəlxalq Kosmik Stansiyaya (BKS) buraxılması üçün növbəti cəhd mayın 10-dan əvvəl baş verməyəcək.

NASA astronavtları Butch Wilmore və Sunita Williams "Starliner"in BKS-ə ilk ekipaj uçuşunda iştirak edəcəklər. Ekipaj üzvləri kosmik gəminin stansiyaya yanaşdığı və Yerə qayıdarkən manevrləri zamanı onu əl ilə idarə etmək qabiliyyətini sınaqdan keçirəcəklər. Astronavtların uçuşu səkkiz gün davam edəcək. Uğurlu missiya "Starliner"ə BKS-ə müntəzəm ekipaj uçuşları üçün sertifikat almağa imkan verəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla