AZ

Rusiyada qəribə “cinayət”: Küçədə qadının ayağından corabını oğurladılar

Rusiyanın Leninqrad şəhərinin Buqra qəsəbəsində qəribə "cinayət" hadisəsi yaşanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qara-qırmızı kostyumda olan "corabsevər" naməlum oğlan küçədə uzun müddət uşaqla gəzən qadını izləyib. Nəhayət, ona yaxınlaşaraq ayağından tutub və corabını tələb edib. Amma bir corabını istəyib.

Daha sonra qadının ayağından corabını çıxarıb və "ovu"nu əldə etdikdən sonra hadisə yerindən qaçıb.

Nə baş verdiyini heç kim başa düşməyib. Lakin qadın polisə şikayət ərizəsi yazıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
4
Mənbələr
Şərh ()
Bağla