AZ

COP29-a gələcək qonaqların yerləşdirilməsi üçün bütün zəruri tədbirlər görülür - Kənan Qasımov

COP29 tədbiri iştirakçı sayı baxımından ən böyük iştirakçının cəlb olunduğu tədbirdir. Azərbaycan bu tədbirə ev sahibliyi etmək hüququnu əldə etdikdən sonra hazırlıq prosesinə başlayıb. Azərbaycan bu günə kimi keçirdiyi digər tədbirlərlə yanaşı, COP29-un da keçirilməsi ilə bağlı ciddi səyləri ortaya qoyur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının "Turizmin inkişafı" işçi qrupunun 2023-cü il Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlər mövzusunda tədbirdə Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, bununla bağlı umid edirik ki, heç bir problem olmayacaq.

"Bu tədbirin 2 istiqaməti var. Bir təşkilati işlər və digər tərəfi isə daha çox məzmun üzərindən dediyimiz siyasi mesajlar və bu istiqamətdə dünya üzrə iqlim dəyişikliyinə verəcəyimiz töhfə məsələsi var. Dövlət Turizm Agentliyi olaraq hər iki istiqamətdə işimiz təşkil olunub.

Həm gələcək qonaqların yerləşdirilməsi, bu istiqamətdə koordinasiya işinin təşkili, eyni zamanda iqlim dəyişikliyi fondu turizmə təsirləri azaldılması istiqamətində turizm təşkilatı, digər aidiyyəti beynəlxalq təşkilatlarla iş birliyi qurmuşuq və bu istiqamətdə işlərimizi sürətli davam etdiririk. Agentlik olaraq işimizi elə görürük ki, bu istiqamətdə problem yaşanmasın. Mehmanxalar və digər yerləşmə yerlərində çətinliklər yaranacağı təqdirdə ona alternativ variantlar da düşünürük. Gələcək qonaqların yerləşdirilməsi üçün bütün zəruri tədbirlər görülür.",- deyə o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
3
Mənbələr
Şərh ()
Bağla