AZ

NATO Ukraynadakı münaqişəyə müdaxilədən imtina edə bilər

NATO Ukraynadakı münaqişəyə müdaxilədən birbaşa imtina edən bəyannaməni təsdiq edə bilər. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti sənəd layihəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Şimali Atlantika Alyansı iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək sammitdə belə bir qərar qəbul etməyə hazırlaşır.
Qeyd edək ki, bundan əvvəl Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ prezidenti Co Bayden Amerika qoşunlarının Ukraynaya göndərilməsinin əleyhinədir.  O da qeyd olunur ki, eyni zamanda Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun yeritmək niyyətini bir daha təsdiqləyib.


Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla