AZ

NTD-İNDİQO ilə “Xəzri”nin 4-cü qarşılaşması

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsində növbəti matç keçiriləcək.

İdman.biz xəbər verir ki, NTD-İNDİQO “Xəzri” ilə üz-üzə gələcək.

Bu, tərəflərin mövsümdə 4-cü qarşılaşması olacaq. ABL-da keçirilən duellərdə tərəflər hərəyə 1 dəfə qalib gəliblər. Azərbaycan Kubokunun yarımfinalında isə “Xəzri” NTD-İNDİQO-nu üstələməyi bacarıb.

Yarımfinal seriyasında 2 qələbə qazanacaq klub finala adlayacaq.

Qeyd edək ki, yarımfinalın digər cütünün ilk oyununda “Sabah” “Xırdalan”ı 101:85 hesabı ilə məğlub edib.

Azərbaycan Basketbol Liqası
1/2 final, ilk oyun
8 may
19:30. NTD-İNDİQO – “Xəzri”

"Sərhədçi" İdman Mərkəzi

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla