AZ

Çin 12 ölkə üçün vizasız rejimi uzadıb

Pekin 12 ölkənin vətəndaşlarına Çində qısamüddətli qalmaq üçün vizasız rejimi 2025-ci ilin sonunadək uzatmaq qərarına gəlib.

Bunu ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tzyan deyib.

“Pekin Çinlə xarici ölkələr arasında səyahətləri asanlaşdırmaq üçün Fransa, Almaniya, İtaliya, Niderland, İspaniya, Malayziya, İsveçrə, İrlandiya, Macarıstan, Avstriya, Belçika və Lüksemburq vətəndaşları üçün vizasız rejimi 2025-ci il dekabrın 31-dək uzadıb”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, həmin dövlətlərin adi pasportlara malik vətəndaşlarına işgüzar və turizm səfərləri, qohum və dostlarını ziyarət etmək, habelə tranzit məqsədilə Çinə vizasız giriş və 15 günədək qalmaq icazəsi veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
2
Mənbələr
Şərh ()
Bağla