AZ

Bakıda körlinq idman bölməsi fəaliyyətə başlayıb, xaricdən baş məşqçi gətirilib

Bakıda körlinq idman bölməsinin açılışı olub.

İdman.biz xəbər verir ki, bölmə Heydər Əliyev adına İdman-Konsert Kompleksində yerləşən buz meydançasında fəaliyyət göstərəcək.

Mərasimdə qurğunun direktoru Fikrət Hüseynov, “Ocaq Sport” klubunun rəhbəri Vəfa Bəkərova, körlinq üzrə Azərbaycan yığmasının baş məşqçisi Ahmet Alpərən Tunga iştirak ediblər.

Tədbirdə öncə buz üzərində idmançılar fiqurlu konkisürmə üzrə müxtəlif çıxışlar nümayiş etdiriblər. Ardınca Bəkərova klubda bu idman bölməsinin fəaliyyətə başlaması ilə bağlı fikirlərini açıqlayıb: “Ocaq sport”da artıq yeni bir idman növünün inkişafına başlanılıb. Bu, körlinq idman növüdür. Bununla əlaqədar biz xaricdən məşqçi gətirmişik. Hazırda millinin heyətində 4 nəfər var. Gələcəkdə isə yığmanın daha da genişlənməsi və digər məsələlər barədə danışıqlar aparılacaq”.

Qeyd edək ki, indiyədək ölkəmizdə körlinqlə bağlı idman bölməsi olmayıb.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq