AZ

AFFA “Qarabağ” – “Neftçi” oyununda baş verənləri araşdırıb - CƏZALAR

AFFA Azərbaycan Premyer Liqasının XXXIII turunun “Qarabağ” – “Neftçi” oyununda baş verənləri araşdırıb.

İdman.biz xəbər verir ki, matçda yaşananlara hüquqi qiymət verilib.

“Qarabağ” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 800 manat cərimə edilib. Ağdam təmsilçisinin fanatları tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə bölgə komandası 1000 manat ödəyəcək.

“Neftçi”nin futbolçusu Yuri Matias hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla 4 oyun cəzalanıb. O, klubunu 3000 manat ziyana salıb. Sınaq müddəti 3 ay təyin edilib.

“Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə bakılılar 1000 manat cərimələnib.

Paytaxt təmsilçisinin azarkeşləri tərəfindən 10 oturacağın sındırılmasına görə stadiona dəymiş zərər “Neftçi” tərəfindən ödəniləcək.

Qeyd edək ki, “Qarabağ” “Neftçi”yə 5:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla