AZ

“Ölkədə taksi sayının tənzimlənməsi real görünmür” – Ekspert

Azərbaycan Yerüstü Nəqliyyat Agentiliyindən bildirilib ki, müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər. Bu qərar bir çox insanlarda narahatlıq doğurur. Taksi fəaliyyəti ilə məşğul olan şəxslər öz sahələrində işləyə bilməmək ilə üz-üzə qalır. Taksi istifadəçiləri isə az taksi sürücüsü olduğu halda, alacaqları xidmətin keyfiyyətinin aşağı düşəcəyini düşünürlər. Maraqlıdır, taksi sayına limit qoyulması mümkündür?

Bu barədə Valyuta.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyir ki, bundan əvvəlki illərdə də taksi fəaliyyətinin tənzimləməsinə dəfələrlə cəhd edilib, amma uğursuzluqla nəticələnib:

“Taksi fəaliyyətini ölkə, xüsusilə də Bakı şəhəri üzrə tənzimləmək reqlamentli iş deyil. Çünki taksi fəaliyyəti ilə məşğul olan şəxslərin əksəriyyəti başqa işlərdə çalışırlar. Sadəcə şəxsi avtomobilləri var, həftəsonları, ya da digər asudə vaxtlarda taksi fəaliyyəti ilə məğul olurlar. Bu, onların ikinci işi, əlavə gəlir yeridir. Bu səbəbdən, həmin şəxslərə mane olmaq da olmaz. Burada əsas meyar taksi şirkətlərilə işləyə biləcək taksi sayının tənzimləməsindən söhbət gedə bilər. Taksi şirkətlərinə limitlər qoyula bilər ki, hər şirkətdə filan sayda taksi fəaliyyət göstərə bilər. Hazırki vəziyyətdə taksi şirkətlərindən başqa, ölkə üzrə taksi sayının tənzimlənməsi real görünmür və gələcəkdə də bu mexanizm olmayacaq”.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla