AZ

NATO təlimi zamanı onlarla əsgər paraşütlə tullanarkən yaralanıb

NATO-nun İsveçdə keçirilən təlimləri zamanı paraşütlə tullanmalar nəticəsində ondan çox hərbçi yaralanıb. Bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb.

“Çərşənbə axşamı günü NATO-nun Småland əyalətinin Skillinqarid şəhərində keçirilən “Swift Response” təlimi zamanı paraşütlə atılan 11 nəfər yaralanıb”, – nəşr qeyd edir.

Aftonbladet-in məlumatına görə, ABŞ, Macarıstan və İtaliyadan olan hərbçilər zərər çəkib. Əsgərlər sınıq və yaralar alıb, lakin onların həyatları təhlükə altında deyil.

Mənbə: A Haber

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla

Reytinq