AZ

“Qarabağ” və “Neftçi” azarkeşlərə görə cərimələndi

“Qarabağ” və “Neftçi” klubları azarkeşlərə görə cərimələnib.

Msport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Komandalar arasında Premyer Liqanın XXXIII turunda baş tutmuş oyunda xoşagəlməz hallar yaşanıb.

Ağdam təmsilçisi 1800 manat ödəməli olacaq. “Köhlən atlar” azarkeşlərin meydana kənar əşyalar atmasına görə 800, fanatların kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ucbatından 1000 manat ziyana düşüb.

Görüşdə qırmızı vərəqə alan “Neftçi”nin müdafiəçisi Yuri Matias ikisi şərti olmaqla 4 matçlıq cəzalandırılıb. “Ağ-qaralar” 3000 manat cərimələnib, Matiasa isə 3 ay sınaq təyin edilib.

Bundan əlavə, paytaxt klubu tərəfdarların kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsinə görə 1000 manat ödəyəcək və 10 oturacağın sındırılmasına görə stadiona dəymiş zərəri də qarşılayacaq.

Qeyd edək ki, görüş “Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
25
Mənbələr
Şərh ()
Bağla