AZ

Mayın 9-da Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək

9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar sabah Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

Bu barədə 'Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, həmin gün qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.

“28 May” Yaşıl və Qırmızı xətlərin birləşdiyi stansiya olduğundan buradan “İçərişəhər” və “Dərnəgül” istiqamətində və əksinə qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Sərnişin axınının istiqamətləri dəyişə biləcəyindən, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
341
49
Mənbələr
Şərh ()
Bağla