AZ

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR -VİDEO

"Biz, Azərbaycanın xüsusilə 2-ci Qarabağ qələbəsindən sonra İsraillə Türkiyə arasında əsl körpü ola biləcəyini şahidi olduq. Prezident İlham Əliyevin müşaviri Hikmət Hacıyevin Tel-Əvivə və Qüdsə əvvəlki səfərləri zamanı İsrail mətbuatına verdiyi mühüm bəyanatlardan birini böyük minnətdarlıq hissi ilə xatırlayıram".

Bu sözləri Tel - Əviv Universitetinin professoru Eytan Kohen Yanarocak Ednews - a müsahibəsi zamanı söyləyib:

"O, İsrail, Türkiyə və Azərbaycan arasında üçtərəfli tərəfdaşlığın inkişafının Azərbaycanın mühüm marağı olduğunu bildirib. Təəssüf ki, sonradan oktyabrın 7-də sarsıldıq və Qəzzada müharibə başladı. Və buna görə də İsrail, Türkiyə və Azərbaycan üçbucağı, təəssüf ki, dağıldı.

Arzu edirəm ki, Azərbaycan həm İsrail, həm də Türkiyə ilə olan yaxşı münasibətlərindən bir daha istifadə edərək bu iki ölkə arasında körpü rolunu oynasın. Mən bunu xüsusilə İsrail nöqteyi-nəzərindən deyirəm. Bizim çox xüsusi münasibətlərimiz var. Xüsusilə Bakıya gedəndə Azərbaycan yəhudi əsgəri Albert Aqaronovun iki ölkə arasında körpü rolunu oynadığını öz gözlərimlə, xiyabanda onun məzarını ziyarət edəndə gördüm. Azərbaycanda məni çox səmimi qarşıladılar. Bu, həqiqətən də təqdirəlayiqdir, Azərbaycanda gözəl ab-hava var. Yəhudi icması da öz dini öhdəliklərini eyni gözəl şəkildə yerinə yetirə bilir. Ona görə də İsraillə Azərbaycan arasında həqiqətən də yaxın və yaxşı münasibət var. Türkiyə ilə Azərbaycan arasında münasibətlərin nə qədər yaxın olduğunu sizə deməyimə yəqin ki, ehtiyac yoxdur. Azərbaycanla Türkiyə arasında bir millət, iki dövlət devizi ilə həqiqətən də təqdirəlayiq və gözəl münasibət var. Elə isə biz baxanda niyə bu üç ölkə ortaq maraqları üçün bir araya gəlməsin? Bu fikri nəzərə alan Azərbaycan təbii ki, öz çəkisindən istifadə etməklə İsraillə Türkiyə arasında körpü rolunu oynaya bilər. Əgər azərbaycanlı dostlarımız, qardaşlarımız bu məsələ ilə bağlı hər hansı addım atmaq istəsələr, sizə bildirmək istəyirəm ki, mən şəxsən bu məsələ ilə bağlı könüllü olaraq bu körpüləri tikə bilərəm".

Əkbər Novruz


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla