AZ

“Heydər Əliyev irsi: qalib, bütöv və lider Azərbaycan” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı, İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə Yeni Klinikada Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 101 illiyi münasibətilə “Heydər Əliyev irsi: qalib, bütöv və lider Azərbaycan” mövzusunda tədbir keçirib.
 
Yeni Klinikadan Aztibb.az-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
 
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
 
Tədbirdə çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov Heydər Əliyevin əzmkarlığı, xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlərin əldə olunduğunu bildirib. Direktor Ulu öndərin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülərək islahatlar aparıldığını vurğulayıb.
 
İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov, TƏBİB-in Ümumi şöbəsinin müdiri Şəmsi Gülverdiyev, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov xalqımızın Ulu Öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad etdiklərini bildiriblər. Ötən əsrin 90-cı illərində ağır, böhranlı vəziyyətə düçar olmuş xalqın ötüb keçənləri unutmayaraq xilasına görə özünü Ümummilli Lider Heydər Əliyevə borclu saydıqlarını, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrünün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd ediblər.
 
Sonda uzun müddət partiya dəyərlərinin təbliğində, ictimai proseslərdə iştirak edən və bu il yubiley yaşında olan partiya veteranları, həmçinin YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvü təltif olunub, partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə isə üzvlük vəsiqələri təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15832
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11871
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9612
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3641
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3056
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2910
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2711
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2357
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1976
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1955
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1374
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
977
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
908
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
898
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
878
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
872
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
778
Mayın ilk gününün havası açıqlanıb
756
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721