AZ

Ahmet Alperen Tunqa: “Məqsədimiz körlinqi Azərbaycanda inkişaf etdirməkdir”

"Körlinq idman növü Türkiyədə 2011-ci ildə yaradılıb. Hazırda yetərincə populyardır".

İdman.biz xəbər verir ki, bunu Azərbaycanda yeni yaradılmış körlinq idman növü üzrə baş məşqçi Ahmet Alperen Tunqa deyib.

O, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən körlinq idman şöbəsinin açılış mərasimində bildirib ki, əsas hədəf inkişafdır: "Bu idman növündə Türkiyə yığması dünyanın ilk "10-luğ"unda yer alıb. İndi əsas məqsədimiz körlinqi Azərbaycanda yaradıb, yetərincə inkişaf etdirməkdir. Təbii ki, bir az çətin olacaq. Çünki xeyli zamana ehtiyacımız var. Lakin bu idman növü üzrə Türkiyə və Azərbaycan federasiyaları arasındakı əlaqələr nəticəsində bu məsələlərin daha tez həll olacağına inanıram. Əminəm ki, onlar da bizə lazımı dəstəyi göstərəcəklər. Azərbaycanda da bu idman növü üzrə dünya reytinqində ilk "onluğ"a düşmək istəyirik. Komandada 16-20 yaş aralığında olan kişi və qadınları yığmada gözləyirik. Bu idman növündə özünü sınamaq istəyən 7-dən 70-ə hər kəsi bölməmizə dəvət edirik. Komandada əsasən yerli idmançılara üstünlük vermək istəyirik".

O bildirib ki, əldə olan imkanlar və şərtlər sayəsində 5 ildən sonra beynəlxalq arenalarda mübarizə apara biləcəklər: "7 ildən sonra dünya reytinqində istədiyimiz yerdə olacağımıza inanıram".

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla

Reytinq