AZ

Azərbaycan çempionatında hakimi təhqir edən klub rəsmisi cəzalanıb

Azərbaycan çempionatının Əvəzedicilər liqasında xoşagəlməz hadisə baş verib.

İdman.biz xəbər verir ki, bu, XXXIII turun “Kəpəz-2” – “Sumqayıt-2” matçında yaşanıb.

“Sumqayıt-2”ın inzibatçısı Elnur Hüseynov hakimi təhqir edib. AFFA-nın İntizam Komitəsi birbaşa qırmızı vərəqə alan inzibatçı ilə bağlı qərar verib.

Klub rəsmisi 5 oyun cəzalanıb. “Sumqayıt-2” 400 manat cərimə edilib.

Qeyd edək ki, çempionatın sonuna 3 tur qaldığı üçün Sumqayıt təmsilçisi mövsümü inzibatçısız bitirəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
2
Mənbələr
Şərh ()
Bağla