AZ

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Sinqapur Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi çərşənbə günü havaya qalxdıqdan qısa müddət sonra “Tengah” aviabazasında qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı Sinqapur Müdafiə Nazirliyi məlumat yayıb. Uçuş zamanı təyyarədə problem yaranıb və nəticədə qəza baş verib. Pilot huşunu itirib və daha sonra ona tibbi yardım göstərilib. Heyət üzvlərindən heç biri xəsarət almayıb.

Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, Sinqapur 30 ildən artıqdır ki, F-16-ları idarə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
3
Mənbələr
Şərh ()
Bağla