AZ

ABŞ-Çin müharibəsi başlayır? – Nəhəng gəmi gəlir

ABŞ-ın Sakit okean regionunda keçirdiyi hərbi təlimə Çinin cavabı sərt olub. Hərbi ekspertlər qarşılıqlı gərginliyin nəzarətdən çıxa biləcəyindən narahatdırlar.

Ulusal.az xəbər verir ki, Çin Kambocada hərbi baza açıb və hərbi gəmiləri bölgədə lövbər salıb, Filippin gəmilərini sıxışdırıb və öz təyyarədaşıyan gəmisini bölgəyə göndərmək qərarına gəlib.

ABŞ-da yerləşən beynəlxalq müdafiə nəşri “Defense News”-un Pentaqon mənbələrindən əldə etdiyi məlumata görə, Çinin yeni istehsal etdiyi “Type 003 Fujian” təyyarədaşıyan gəmisini də bölgəyə göndərəcəyi gözlənilir.

ABŞ-ın təlimindən sonra Çin Cənubi Çin dənizində Filippin sahil mühafizə gəmilərinə də su şırnaqları ilə hücum edib. Həmçinin bildirilir ki, Çin bu ölkənin balıqçı gəmilərini sıxışdırır və onların ticarət fəaliyyətinə mane olur.

ABŞ-da yerləşən digər müdafiə mediası “Military.com”-un verdiyi məlumata görə, Pekinin hərəkətlərinə ABŞ-ın reaksiyası gecikməyib. ABŞ, Fransa və Filippinin dəniz qüvvələri Tayvanın cənubundakı Başi kanalında hərbi təlim keçirib. 16 min hərbçi və döyüş gəmisinin iştirak etdiyi təlimin Çinin Filippin gəmilərinə hücum etdiyi nöqtənin yaxınlığında keçirilməsi diqqət çəkib.publika.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
2
Mənbələr
Şərh ()
Bağla