AZ

Podraski: “Bakı Atıcılıq Mərkəzi dünyanın ən yaxşı qurğularından biridir” - FOTO

Bakıda keçirilən atıcılıq üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, bu gün kişilər arasında 25 m məsafəyə tapançadan sürətli atəş açma növündə final mərhələsi keçirilib.

Fransalı Klemen Besua 25 dəqiq atışla bürünc medal qazanıb. Çempionluq uğrunda mübarizədə çinli Xinjie Wang və çexiyalı Martin Podraski münasibətlərinə aydınlıq gətirib. Maraqlı keçən duelin əsas mərhələsində dəqiq atışların sayı bərabər olduğundan (32), əlavə 5 atışa ehtiyac duyulub. Həlledici mərhələdə təcrübəli Podraski hədəflərin hamısını dəqiq nişan alaraq karyerasında 5-ci dəfə qızıl medalın sevincini yaşayıb. Xinjie Wang yarışı gümüş medalla başa vurub.

Mübarizə başa çatandan sonra Podraski medal təəssüratlarını bölüşüb: “Bu, Bakıda əldə etdiyim ilk medaldır. Təbii ki, sevinirəm. Bu mərhələdə təcrübə çox önəmlidir. İndiyə qədər bir çox finallarda iştirak etmişəm. Bugünkü finalda ən yaşlı atıcı mən idim. Fikrimcə, “qızıl” qazanmağımda təcrübə böyük rol oynadı. Həm öz, həm də ölkəmin adına bu cür nəticəyə imza atmaq qürurvericidir. Bugünkü dəqiq atışlarımın sayı həm də Çexiya atıcılıq tarixi adına yeni rekord idi”.

O bildirib ki, atəş meydanları ən xoş sözlərə layiqdir: “Həm mərkəzin özü, həm yaradılan şərait, həm də finallar zamanı vacib rol oynayan işıqlandırma sistemi kifayət qədər yaxşıdır. Bakı Atıcılıq Mərkəzi dünyanın ən yaxşı qurğularından biridir”.

Qeyd edək ki, Dünya kuboku mayın 12-də yekunlaşacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10761
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8188
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
4969
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1888
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1682
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1672
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1569
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1164
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
827
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
696
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
675
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
579
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
413
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
374
Arda Gülər dayanmır, yenə fərqləndi -
364
Arda dubl etdi - VİDEO
314
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
304
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
277
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
253