AZ

Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO

“Maşını kreditə götürmüşəm. Hələ iki ilə yaxın borc ödəməliyəm”.
 
Moderator.az bildirir ki, bu sözləri Baku TV-yə müraciət edərək şikayətini bildirən taksi sürücüsü Mahir Səfərov deyib.
 
Onun sözlərinə görə, taksi fəaliyyətinə yararlı olduğu üçün 2008-ci ilin istehsalı olan “Toyota Prius” alıb. Lakin iyul ayının 1-dən sonra yaranacaq vəziyyətdən narahatdır.
 
“Desələr ki, maşınları yavaş-yavaş, iki ildən sonra dəyişin, o halda bunun üçün pul yığa bilərik. Amma qısa müddətdə maşın dəyişmək mümkün deyil. Mən işsiz qalacağam. Ailədə altı nəfərik, onlar da ac qalacaqlar. Necə olacaq, bilmirəm”, - sürücü söyləyib.
 
Xatırladaq ki, Nazirlər Kabinetinin sərnişindaşıma ilə bağlı müvafiq sərəncamına görə, istehsal tarixi 15 ildən aşağı olan maşının taksi fəaliyyətində istifadəsi ilə bağlı vətəndaşlar iyulun 1-dək müraciət edib birillik icazə ala bilərlər. İyulun 1-dən etibarən isə yalnız istehsal tarixi  səkkiz ildən aşağı və qanunun tələblərinə uyğun avtomobil sahibləri taksi fəaliyyəti ilə bağlı müraciət edə biləcəklər.
 
Bu qərarın qəbulundan əvvəl bir çox taksi sürücüləri avtomobil icəradarlarından maşın kreditə götürüb, işlədikləri müddətdə müəyyən ödənişlər ediblər. Sözügedən qərardan sonra isə avtomobili qaytarıb, əvəzində ödədikləri məbləği geri ala bilmirlər.
 
Əlqərəz, nə pulu qaytarmaq olur, nə avtomobil işlərinə yararlıdır, nə də ki indiki halda tək gəlir mənbəyi taksi fəaliyyəti olan bu sürücülərin qısa müddətdə yeni avtomobil alması mümkündür.
 
Hüquqşünas Emil Aslanov isə bildirir ki, sürücülərin icəradarlara ödədikləri məbləğin geri qaytarılması real deyil:
 
“Avtomobil sahibləri ilə taksi sürücüləri arasında icarə müqaviləsi bağlanıbsa, bu halda icarə müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri hər iki tərəf icra etməyə borcludur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
3
Mənbələr
Şərh ()
Bağla